Zelim Kotsoyev: "Hidayətin çempionluğu mənə motivasiya oldu"
02.08.2024 - 15:38
Zelim Kotsoyev: "Hidayətin çempionluğu mənə motivasiya oldu"

Beynəlxalq Cüdo Federasiyası Paris Yay Olimpiya Oyunlarının qalibi Zelim Kotsoyev barədə paylaşım edib.

Apasport.az xəbər verir ki, paylaşımda Zelimin açıqlamasından maraqlı bir məqam əksini tapıb.

100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu qələbəsini xüsusilə yüksək motivasiya ilə əlaqələndirir:

“Olimpiya çempionu olmaq mənim uşaqlıq arzum idi. Hidayət Heydərovun qızıl medal qazanmağı mənim üçün əlavə motivasiya oldu. Adətən yarışlarda o qızıl medala yiyələnirsə, mən də eyni uğuru təkrarlayıram. Bu qanunauyğunluq bu dəfə də əla işlədi. Azərbaycanla fəxr edirəm”.

Xatırladaq ki, Kotsoyev finalda gürcüstanlı İlya Sulamanidzeni məğlub etmişdi.
 

0