Akif Quluzadə yenidən rinqə çıxır – Döyüş Banqkokda olacaq
01.09.2026 - 15:09
Azərbaycanlı kikboksinq və muay-tay döyüşçüsü Akif “King” Quluzadə növbəti qarşılaşmasına çıxacaq.
Apasport.az xəbər verir ki, təmsilçimiz ONE FC turniri çərçivəsində qüvvəsini sınayacaq.
Quluzadənin rəqibi Ferrari Fairtex olacaq. Yüngül çəki dərəcəsində keçiriləcək döyüş sentyabrın 4-də Tailandın paytaxtı Banqkokdakı “Lumpinee Stadium”da baş tutacaq.
Akif Quluzadə indiyədək ONE FC-də 6 döyüş keçirib. Azərbaycanlı idmançı bu qarşılaşmaların 5-də qələbə qazanıb, yalnız birində məğlub olub.
Qeyd edək ki, Quluzadə Ordu İdman Klubunun üzvüdür.
- Məhəmmədəli Osmanlı diskvalifikasiya olundu – Qələbə rəqibinə verildi
- Asəf Çopurov UFC ilə müqavilə imzalayıb
- Arman Tsarukyandan növbəti nokaut – UFC-də 11-ci qələbə
- Azərbaycanlı döyüşçü UFC müqaviləsi üçün finalda – Rəqibi qırğız olacaq
- Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
0
0