Anna lisenziya şansından məhrum olundu
28.04.2024 - 19:20
Anna lisenziya şansından məhrum olundu

Azərbaycanlı sablyaçı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarının təsnifat yarışında iştirak edir.

Apasport.az xəbər verir ki, qılıncoynadanlarımız lisenziya uğrunda Lüksemburqda mübarizə aparıb.

İdmançılar hərəsində 6 nəfər olmaqla 2 qrupda mübarizə aparıblar. Annanın qrup mərhələsindəki rəqibləri Ketlin Maksvell (Böyük Britaniya), Zoya Mariya Baldo (Xorvatiya), Julyen Kortein (Belçika), Ana Kampos (Portuqaliya) və Malqorzata Kovalçuk (Polşa) olub. O, bütün rəqiblərinə qalib gələrək, pley-offa lider kimi yüksəlib.

Anna 1/4 finalda Malqorzata Kovalçuk (Polşa) - Salome Berger (Lüksemburq) görüşünün qalibi ilə qarşılaşıb. Təmsilçimiz qrupda məğlub etdiyi Kovalçukla görüşdə zədələnib. Hesab 2:1 olarkən ayağı zədələnən Başta həkimlərin köməyi ilə mübarizəyə davam etsə də, növbəti dəfə sıradan çıxıb. Nəticədə Anna turniri yarımçıq başa vurub.

Kişi sablyaçıların yarışında Ruslan Həsənov qrup mərhələsini uğurlu başa vurub. 3 qələbə qazanan və 3 məəğlubiyyət alan sablyaçımız 1/16 finala vəsiqə qazanıb. Litvalı Arnas Salokasa 15:9 hesabı ilə qalib gələn Ruslan 1/8 finalda Migel Frazao ilə üz-üzə gəlib. Bu dəfə eyni hesabla rəqib idmançı güclü olub.

Qeyd edək ki, 13 sablyaçı arasından ən güclü Parisə bilet qazanacaq.

0