Arman Tsarukyandan növbəti nokaut – UFC-də 11-ci qələbə
20.09.2026 - 09:46
Ermənistan və Rusiyanı təmsil edən Arman Tsarukyan UFC-də 11-ci qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, yüngül çəki dərəcəsində reytinqin 2-ci pilləsində qərarlaşan 29 yaşlı döyüşçü UFC 331 turnirində braziliyalı Maurisio Ruffini məğlub edib.
Tsarukyan rəqibini ilk raundda nokautla üstələyib. Bununla da onun UFC-dəki qələbələrinin sayı 11-ə çatıb.
Qeyd edək ki, Tsarukyanın peşəkar MMA karyerasında 24 qələbə və 3 məğlubiyyəti var. Onun qələbələrinin 16-sı nokautla başa çatıb.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
0
1