Atıcılarımız 21-ci və 25-ci olublar
02.05.2024 - 19:46
Atıcılarımız 21-ci və 25-ci olublar

Bakıda keçirilən atıcılıq üzrə Dünya kubokunda ilk finalçılar bəlli olub.

Apasport.az xəbər verir ki, pnevmatik tapança ilə 10 m məsafədən atəş açma yarışlarında qarışıq komandalar təsnifat mərhələsində mübarizə aparıblar.

Azərbaycanın iki cütlüyü də hədəf önünə keçib. Nigar Nəsirova ilə Ruslan Lunyovdan ibarət komanda 568 xalla 21-ci yeri tutub. 565 xal toplayan Leyli Əliyeva ilə Vladislav Kalmıkov 25-ci olublar.

Qeyd edək ki, yarışa qatılmalı olan 28 komandadan biri start xəttinə çıxmayıb. 27 cütdən dördü sabahkı həlledici raunda yüksəlib. Türkiyə və Qazaxıstan qızıl, Ukrayna və Çin bürünc medal uğrunda mübarizə aparacaq.

0