Atıcımız dünya kubokunda 13-cü olub
03.04.2025 - 18:24
Argentinanın paytaxtı Buenos-Ayresdə atıcılıq üzrə dünya kubokuna start verilib.
Apasport.az xəbər verir ki, 10 m məsafədən atəş açan kişi snayperlərin mübarizəsində təsnifat mərhələsi baş tutub.
Azərbaycan təmsilçisi Ruslan Lunyov da hədəf önünə keçib. O, 578 xalla 13-cü olub. Snayperimiz final mərhələsinə yüksələn “8-lik”dən kənar qalıb.
Qeyd edək ki, təsnifat mərhələsində 46 atıcı çıxış edib.
- Azərbaycanlı pilot Davin Cəfərov Portimaoda "Formula 4" testlərini uğurla başa vurub
- Çin Qran-prisinin qalibi müəyyənləşib
- “Formula 1”-in Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri Yaxın Şərqdə vəziyyətə görə ləğv edilib
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal qeydiyyatına start verildi
- 10 saat fasiləsiz üzməklə Azərbaycan rekorduna imza atıb
0
0