Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.
Azərbaycan Qış İdman Növləri Federasiyasından (AQİNF) apasport.az-a verilən məlumata görə, bu yarışın ölkəmizdə keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) ünvanlanan müraciət müsbət qarşılanıb.
ISMF-nin təqviminə salınan Dünya Kubokunun 2025-ci il yanvarın 11-12-də "Şahdağ" Turizm Mərkəzində təşkili nəzərdə tutulub.
Qeyd edək ki, Dünya Kubokunun Azərbaycanda keçirilməsi ilə bağlı qərar bu il martın 9-10-da AQİNF və “Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan beynəlxalq xizək alpinizmi seriya yarışından sonra ISMF tərəfindən hazırlanan uğurlu qiymətləndirmə hesabatının nəticəsi əsasında verilib.
- Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək
- Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
- Azərbaycanlı idmançı Avropa çempionu oldu - Rumıniyada qızıl medal
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Antonelli Monako Qran-prisini lider tamamlayıb