Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) birgə təşkilatçılığı ilə Bakıda "European Aquatics" (Avropa Su İdmanı Federasiyası) konfransı keçiriləcək.
Apasport.az xəbər verir ki, qitənin müxtəlif ölkələrindən olan federasiya rəhbərləri 2026-cı ilin "Dünya İdman Paytaxtı" olan Bakıda bir araya gələcək, su idman növlərinin inkişafı ətrafında fikir mübadiləsi aparacaq, layihələri müzakirə edəcəklər.
Qeyd edək ki, bu il oktyabrın 10-da təşkil olunacaq tədbir Azərbaycan üçün həm beynəlxalq idman əməkdaşlığının gücləndirilməsi, həm də ölkənin üzgüçülük və digər su idman növləri sahəsində nüfuzunun artması baxımından böyük əhəmiyyət kəsb edir.
- Azərbaycan dopinqlə bağlı Fransada keçirilən beynəlxalq konfransda təmsil olunub
- Dünya çempionatında medal qazanan deflimpiyaçılarla görüş keçirilib
- Azərbaycan kamandan oxatma tarixində ilk: Fərid Xəlilov WAE komitəsinə seçildi
- Bakıda inklüziv antidopinq yanaşmalarına həsr olunan beynəlxalq konfrans keçirilib
- Millimiz Avropa çempionatında çıxış edəcək