Bu gün badminton üzrə "Azerbaijan International 2026" beynəlxalq turnirinə start verilib.
Apasport.az xəbər verir ki, 33 ölkədən 347 badmintonçu 6 gün ərzində "International Challenge" kateqoriyalı turnirdə qüvvəsini sınayacaq.
Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışda 238 görüş 4 kortda oynanılacaq. Yarışı yerli və əcnəbi hakimlər idarə edir.
Bu gün turnirin ilk yarış günündə kateqoriyalar üzrə təsnifat mərhələsinin oyunları keçirilib. Azərbaycan turnirdə 14 oğlan və 14 qız badmintonçu ilə təmsil olunur.
"Azerbaijan International 2026" beynəlxalq turnirin final qarşılaşmaları fevralında 8-də keçiriləcək.