Bakıda 19 yaşadək badmintonçular arasında “Azerbaijan Junior Open 2026” beynəlxalq turnirinə start verilib.
Apasport.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Gürcüstan, İran, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Hindistan və Tacikistanı təmsil edən 64 badmintonçu mübarizə aparır.
Azərbaycan turnirdə 22 idmançı ilə təmsil olunur. Badmintonçular oğlan və qızların şəxsi, qoşa, eləcə də qarışıq qoşa kateqoriyalarında qüvvələrini sınayırlar.
“Azerbaijan Junior Open 2026” ölkəmizdə “Junior International Series” kateqoriyasında təşkil olunan ilk beynəlxalq turnirdir.
Yarışa avqustun 16-da keçiriləcək final qarşılaşmaları ilə yekun vurulacaq.
- “Araz-Naxçıvan”ı yenidən millinin bazasına çevirəcəyik”
- Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Şəkidə təlim-məşq toplanışındadır
- Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazandı
- Azərbaycanlı qolfçu Qazaxıstanda çempion olub
- Bakı beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək - İLK DƏFƏ