Bakıda Ümummilli Liderin xatirəsinə həsr olunmuş üzgüçülük turniri keçirilib
15.05.2024 - 10:36
Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Dəmir yumruq” adlı üzgüçülük turniri keçirilib.
Apasport.az xəbər verir ki, tədbir “Baku Oxford School” məktəbinin meydançasında Bakıdakı Rus evi, “PUSH30” İdman Mərkəzi və “VEQAS” İdman Kompleksinin dəstəyi ilə “Qarabağ” Vaterpol Klubu tərəfindən təşkil olunub.
Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov yarış iştirakçıları qarşısında çıxış edib.
Müsabiqənin qalibləri xatirə hədiyyələri ilə təltif olunublar.
Turnirdə 28 klubun müxtəlif yaş kateqoriyasına daxil olan 240 idmançısı iştirak edib.
- Azərbaycan kapoeyraçılarından Münhendə üç medal
- Azərbaycanda keçiriləcək yarışın tanıtım videosu beynəlxalq telekanallarda nümayiş olunur
- Velosipedçimiz Özbəkistanda 4-cü olub
- Təhminə Tağı-zadə Lozannada keçirilən qlobal antidopinq forumunda Azərbaycanı təmsil edib
- Azərbaycan və Türkiyə gənclər və idman sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib
0
0