
Batumidə “Grand Bellagio Championship-2" kikboksinq və MMA üzrə beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, ikinci dəfə keçirilən turnirdə səkkiz döyüşdən altısı kikboksinq, ikisi isə MMA qaydaları əsasında təşkil edilib.
Çempionatda Azərbaycan, Gürcüstan, İsrail, Belçika, İran, Uqanda, Qazaxıstan, Türkiyə və Ermənistandan idmançılar iştirak ediblər.
Turnirdə MMA qaydalarına əsasən altmış səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycanlı idmançı Yusif Qasımov
Qazaxıstanlı rəqibi Ulan Tambaqayevə boğucu fəndlə qalib gəlib.
Gecənin əsas döyüşü isə Gürcüstanda yaşayan azərbaycanlı idmançı, kikboksinq üzrə 7 qat dünya, 3 qat Avropa çempionu Alim Nəbiyev ilə Uqandalı idmançı, qitə və üç qat dünya çempionu Umar Semata üzərində parlaq qələbə qazanıb. Alim Nəbiyev bununla da keçirdiyi 64 döyüşdə 56-cı qələbəsinə təmin edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin, Batumidəki baş konsulluğun əməkdaşları, Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlı iş adamları idmançılarımıza dəstək olmaq üçün tədbirə qatılıblar.
- İdmançımız Dünya Oyunlarında gümüş medal qazanıb - FOTO
- Yaponiya “Sumo Expo 2025”də Bakıda keçiriləcək dünya çempionatının təqdimatı baş tutub - FOTO
- Bakıda keçiriləcək sumo üzrə dünya çempionatının təqdimatı baş tutub
- UFC: Fiziyev Oliveyra ilə döyüşəcək
- Məhəmmədəli Osmanlı: “Bu Azərbaycan döyüş tarixində bir ilkdir” - VİDEO