Bodibildinq üzrə II muxtar respublika birinciliyi keçirilib
20.05.2024 - 20:03
Bodibildinq üzrə II muxtar respublika birinciliyi keçirilib

Mayın 19-u Naxçıvan şəhərindəki Gənclik Mərkəzində bodibildinq üzrə muxtar respublika birinciliyi reallaşıb.

Apasport.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirliyi, “Turan” fitnes klubunun birgə təşkilatçılığı, “RTN groups”un sponsorluğu ilə keçirilən yarış Şərur rayonunun Günnüt kəndində həyatını itirən şəhidlərimizin xatirəsinə həsr olunub.

Əvvəlcə vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, dövlət himnimiz səsləndirilib. Ardınca idmançıların mübarizəsinə start verilib.

Birinciliyin reqlamentinə əsasən, idmançıların mens fizik versiyasında 170, 175, 180+ sm boy, klassik versiyasında 75 kq çəki kateqoriyaları üzrə çıxışları izlənilib.

Mükafatçılar fitnes məşqçisi, bodibildinq üzrə dünya və Avropa çempionu Vüqar Verdiyev, Türkiyə milli komandasının üzvləri Volkan Zülaloğlu və Hüseyn Tabaru və Əməkdar məşqçi Şəfi Hüseynovdan ibarət münsiflər heyətinin ümumi qərarına əsasən müəyyənləşib. Qiymətləndirməyə əsasən Kənan Əlirzayev (170 sm), Elnur Tağızadə (175 sm), Əli Bahartaş (180+ sm) və Vəli Əliyev (75 kq) öz kateqoriyalarında qalib adına layiq görülüblər. Əli Bahartaş eyni zamanda yarışın mütləq qalibi seçilib. İlk üç yerin sahibləri diplom, medal və kubokla, digərləri fəxri fərmanla təltif ediliblər.

0