“Bu gün komanda olaraq daha yaxşı oynadıq. Rəqibə daha az real qol şansı verdik. Əksinə, birinci oyunla müqayisədə fərqlənmək üçün bu dəfə daha çox epizodumuz oldu".
Apasport.az xəbər verir ki,bu sözləri Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov Gürcüstanla bu gün keçirilən yoldaşlıq oyunundan sonra deyib.
O, 1:2 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Narazı qaldığım məqam odur ki, yenə qolları standart vəziyyətlərin icrasından sonra buraxdıq. Bunun üzərində çox işləməli, daha çox oyun keçirməliyik. Oyunun gedişində U-19-dan dəvət etdiyimiz İlham Alıyevə də debüt etmək şansı yaratdıq. Onun da ümidləri doğrultduğunu, komandamıza kömək etdiyini deyə bilərəm. Görüləsi işlər çoxdur və zaman lazımdır”.
- Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək
- Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
- Azərbaycanlı idmançı Avropa çempionu oldu - Rumıniyada qızıl medal
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Antonelli Monako Qran-prisini lider tamamlayıb