Camahal Hill Bakıya gəlmədi!
13.06.2025 - 15:43

UFC döyüşçüsü Camahal Hill Bakıya gəlməyib.
Apasport.az-ın əməkdaşının məlumatına görə, onu daşımalı olan təyyarə nəhayət ki, eniş edib.
Lakin idmançı Bakıya gəlməkdən son anda imtina edib.
Onun gəlişi öncə 12:35-ə planlaşdırılsa da, daha sonra 15:30-a keçirilib. Buna baxmayaraq, Hill təyyarəyə minməyib.
Buna səbəb davam edən İran-İsrail müharibəsidir. Döyüşçü vəziyyəti təhlükəli hesab edərək, Bakıya gəlməyib. Əvəzində komandasından iki nəfəri göndərib.
Qeyd edək ki, Hill gecənin əsas döyüşündə Halil Rauntri ilə qarşılaşacaq.
- İdmançımız Dünya Oyunlarında gümüş medal qazanıb - FOTO
- Yaponiya “Sumo Expo 2025”də Bakıda keçiriləcək dünya çempionatının təqdimatı baş tutub - FOTO
- Bakıda keçiriləcək sumo üzrə dünya çempionatının təqdimatı baş tutub
- UFC: Fiziyev Oliveyra ilə döyüşəcək
- Məhəmmədəli Osmanlı: “Bu Azərbaycan döyüş tarixində bir ilkdir” - VİDEO
3
0