Dünya çempionatı Daşkənddə keçiriləcək
19.12.2024 - 18:26
Beynəlxalq Sambo Federasiyası (FIAS) gələn il üçün yarışların təqvimini açıqlayıb.
Apasport.az xəbər verir ki, 3 əsas turnirin zamanı da bəlli olub.
Onlardan birincisi aprelin 25-27-də Limassolda (Kipr) keçiriləcək Avropa çempionatıdır.
Yayda bütün diqqətlər avqustun 13-14-də Çenqduda (Çin) keçiriləcək Dünya Oyunlarına yönələcək.
Dünya çempionatı isə Daşkəndə (Özbəkistan) həvalə olunub. Bu yarış oktyabrın 25-26-da baş tutacaq.
0
0