"Biz də öz növbəmizdə artıq bir neçə dəfə işğaldan azad olunmuş torpaqlarda yarışlar keçirmişik".
Apasport.az xəbər verir ki, bunu Qəbələ-Xankəndi ultramarafonundan sonra jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, yarışın əhəmiyyətindən söz açıb: "Qarabağda yenidənqurma işləri sürətlə davam edir. Ötən il ultramarafon Xankəndidə start götürmüşdüsə, bu il Xankəndidə yekunlaşdı. Sevindirici haldır ki, iştirakçıların və finişə çatanların sayında artım müşahidə olundu. Hətta bu il qadın iştirakçıların sayı da ötənilkinə nisbətən çoxluq təşkil edirdi. Bundan başqa, yarışda iştirak edən əcnəbi idmançıların da çoxluğu sevindirici məqamdır. Bu isə bir daha sübut edir ki, doğru yoldayıq. Yarışın maraqlı keçməsinə görə Azərbaycan Atletika Federasiyasına və Bakı Şəhər Halqasına öz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ultramarafon aprelin 10-da “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürüb. 192 kilometr məsafəni əhatə edən yarışa 81 atlet qatılıb. Ultramarafon iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də olub.
- Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
- Azərbaycanlı idmançı Avropa çempionu oldu - Rumıniyada qızıl medal
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Antonelli Monako Qran-prisini lider tamamlayıb
- Azərbaycan dopinqlə bağlı Fransada keçirilən beynəlxalq konfransda təmsil olunub