Azərbaycanın boccia üzrə paralimpiyaçıları Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnirdə uğurlu çıxışları ilə yadda qalıblar.
Apasport.az xəbər verir ki, fərdi yarışda qazaxıstanlı və qırğızıstanlı rəqiblərinə qalib gələn təmsilçilərimiz 5 qızıl və 1 gümüş medala sahib çıxıblar.
Sona Ağayeva (BC2), Günel Rzazadə (BC4), Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2) və Zaur Veysəlov (BC4) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycan bocciaçıları sabah komanda yarışında Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan milli komandaları ilə mübarizə aparacaqlar.
- Azərbaycan WADA-nın beynəlxalq konfransında təmsil olunub
- Milli Paralimpiya Komitəsi və Badminton Federasiyası "Parabadminton Günü" təşkil edəcək
- Azərbaycan kamandan oxatma millisi Qubada Belarus yığması ilə birgə hazırlıq keçirir
- Azərbaycanlı pilot Portuqaliyada qalib oldu - FOTO
- Kros qaçışı üzrə ölkə çempionatı keçirilib - FOTO