Milli Olimpiya Komitəsinin rəsmiləri WAKO ilə görüş keçirib - FOTO
04.03.2025 - 20:51
Milli Olimpiya Komitəsinin rəsmiləri WAKO ilə görüş keçirib - FOTO

Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker Azərbaycana səfər edib.

Apasport.az xəbər verir ki, bu gün Milli Olimpiya Komitəsində (MOK) onun rəhbərlik etdiyi heyətlə görüş keçirilib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi, eləcə də MOK-un beynəlxalq əlaqələr və idman idarələrinin müdirlərinin iştirak etdiyi iclasda bir çox məsələlər müzakirə olunub.

Görüşdə 2027-ci ildə Bakıda Avropa çempionatının keçirilməsi məsələsi gündəmdə olduğu bildirilib.