“Bu gün fərdi olaraq çox səhvlərə yol verdik".
Apasport.az xəbər verir ki, bu sözləri yığmamızın baş məşqçisi Yevgeni Kukseviçin Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
O, Gürcüstan seçməsinə qarşı keçirdikləri yoldaşlıq görüşü (2:5) ilə bağlı fikirlərini bölüşüb: “Səhvlərimizdən rəqib maksimum istifadə etdi və psixoloji baxımdan üstünlük qazandı. Xüsusilə də təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim. Demək olar ki, rəqib özü qol vəziyyəti yaratmadı, biz o vəziyyətləri verdik onlara. Fiziki baxımdan da bilirdik ki, üst səviyyədə deyilik. Bu, ikinci hissədə aşkar özünü büruzə verdi. Əsas fərdi səhvlər üzərində işləməliyik. Bu oyunlar göstərdi ki, qapımıza vurulan qollarda özümüz rəqibə daha çox kömək etmiş oluruq".
Qeyd edək ki, hazırlıqlarını davam etdirən yığmamız aprelin 13-ü və 15-də Aktaü şəhərində Qazaxıstan millisi ilə yoldaşlıq oyunları keçirəcək.