Aprelin 13-də və 15-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün gecə saatlarında səfərə çıxacaq.
Apasport.az xəbər verir ki, baş məşqçi dəniz qonşumuzla matça 2-si qapıçı olmaqla ümumilikdə 16 futzalçı aparacaq.
Tbilisi səfərindən sonra əvvəlcədən razılaşdırıldığı kimi, ailə vəziyyəti ilə əlaqədar qapıçı Rövşən Hüseynli Cavad Məmmədovla əvəzlənib.
Qapıçılar: Emin Kürdov (Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire)
Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı Neftçi İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı Baku Fire), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi Araz-Naxçıvan), Qüdrət Qasımzadə (Şuşa)
Qeyd edək ki, Qazaxıstan millisi ilə yoldaşlıq görüşləri aprelin 13-də və 15-də Aktau şəhərindəki BS Arenada keçiriləcək.
- Azərbaycanlı hakim-inspektor dünya çempionatına təyinat alıb
- Millimiz Gürcüstan və Qazaxıstanla qarşılaşacaq
- Azərbaycanlı hakimlər Avropa Kubokuna təyinat alıblar
- Azərbaycanda BWF-nin "Shuttle Time" layihəsinin yeni mərhələsinə start verilib - FOTO
- Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşəcək