İyunun 29-dan iyulun 2-dək Türkiyənin İstanbul şəhərində Avropa Olimpiya Komitələri (AOK) və İstanbul 2027 Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir.
Apasport.az xəbər verir ki, İstanbul şəhərində keçirilən İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarında ölkəmizi Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Anar Bağırov təmsil edir.
Seminar çərçivəsində iştirakçı ölkələrin nümayəndələri üçün Oyunlara hazırlıq prosesi, yarış və qeyri-yarış obyektləri, idmançı kəndləri, akkreditasiya, logistika, nəqliyyat, təhlükəsizlik, tibbi xidmət, antidopinq proqramı, informasiya texnologiyaları və digər əməliyyat istiqamətləri ilə bağlı təqdimatlar keçiriləcək. Bununla yanaşı, iştirakçılar yarış obyektləri və idmançı kəndləri ilə tanış olacaqlar.
- Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
- Azərbaycanlı idmançı Avropa çempionu oldu - Rumıniyada qızıl medal
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Antonelli Monako Qran-prisini lider tamamlayıb
- Azərbaycan dopinqlə bağlı Fransada keçirilən beynəlxalq konfransda təmsil olunub