Yunanıstanın Olimpiya şəhərində Gənc Olimpiya Səfirlərinin 64-cü sessiyası baş tutub.
Apasport.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.
Proqramın məqsədi 20-30 yaşlı müxtəlif millətlərdən olan gəncləri dostluq və əməkdaşlıq ruhunda bir araya gətirərək onlara Olimpiya Hərəkatı və onun tarixi, Olimpiya dəyərləri barədə məlumatları daha dərindən öyrətməkdir. Sessiyanın proqramına görkəmli professorların məruzələri, işçi qruplarda müzakirələr, mədəni səfərlər, idman və incəsənət fəaliyyətləri,və olimpiyaçıların təqdimatları daxildir.
Səfirlər ölkələrinə döndükləri zaman sessiyalar ərzində öyrəndiklərini digər idmançılarla bölüşərək Olimpiya ruhunu gələcək nəsillərə daşımağı hədəfləyirlər.
Qeyd edək ki, 78 ölkədən 150 gənc səfirin iştirak etdiyi sessiyada ölkəmizi Fəridə Əzizova və Pərviz Ağaxanov təmsil ediblər.
- Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək
- Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
- Azərbaycanlı idmançı Avropa çempionu oldu - Rumıniyada qızıl medal
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Antonelli Monako Qran-prisini lider tamamlayıb