Paraüzgüçümüz Dünya seriyasında gümüş medal qazanıb
20.03.2026 - 14:55
İspaniyanın Barselona şəhərində keçirilən Paraüzgüçülük üzrə Dünya Seriyası davam edir.
Apasport.az xəbər verir ki, bu gün yığma komandamızın üzvlərindən yeniyetmə paralimpiyaçımız Əli Vəliyev uğurlu çıxışı ilə yadda qalıb.
İdmançımız S10 kateqoriyasında 100 metr məsafəyə sərbəst üsulla üzmədə 1:00.41 nəticə ilə gümüş medal qazanıb.
Qeyd edək ki, Dünya Seriyasına martın 22-də yekun vurulacaq.
- “Formula 1”-in Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri Yaxın Şərqdə vəziyyətə görə ləğv edilib
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal qeydiyyatına start verildi
- 10 saat fasiləsiz üzməklə Azərbaycan rekorduna imza atıb
- Xizək alpinistlərimizdən iki medal
- Azərbaycan paraüzgüçüləri Belarusda 5 medal qazanıb - FOTO
0
0