Paraüzgüçümüz qızıl medal qazandı
25.04.2024 - 00:26
Paraüzgüçümüz Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz 100 metr məsafəyə brass üsulla üzmədə finişə birinci çatıb.
Bu, Azərbaycan yığmasının çempionatda 3-cü medalı olub.
Qeyd edək ki, komandanın heyətində Raman Saley 100 metr məsafəyə arxasıüstə üzmədə qızıl, kəpənək üsulla üzmədə isə gümüş medal qazanıb.
- Azərbaycan kapoeyraçılarından Münhendə üç medal
- Azərbaycanda keçiriləcək yarışın tanıtım videosu beynəlxalq telekanallarda nümayiş olunur
- Velosipedçimiz Özbəkistanda 4-cü olub
- Təhminə Tağı-zadə Lozannada keçirilən qlobal antidopinq forumunda Azərbaycanı təmsil edib
- Azərbaycan və Türkiyə gənclər və idman sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib
0
0