COP29 konfransına iqlimlə bağlı on velosiped təklifini çatdırmaq üçün bir qrup velosipedçi Fransadan Azərbaycanın paytaxtı Bakıya yola düşəcək.
Apasport.az xəbər verir ki, velosipedçilər tarixi iqlim sazişinin (COP21) imzalandığı Parisdən COP29-un keçiriləcəyi Bakıya 6 min 500 kilometrlik velosiped turuna hazırlaşıblar.
Velosipedçilər qrupuna Fransa şəhərlərindən, Niderlanddan, Almaniyadan, Bolqarıstandan, Türkiyədən və digər yolüstü ölkələrdən yeni iştirakçılar qatılacaqlar. Qrupun məqsədi istixana qazlarının tullantılarının azaldılması üçün velosiped sürməyin əhəmiyyəti barədə məlumatlılığın artırılması ilə yanaşı, iştirakçı ölkələrin iqlim planlarında bu idman növünü inkişaf etdirmək üçün COP29 tədbirində 10 konkret təklif təqdim etməkdir. Bu təklifləri dəqiqləşdirmək üçün marşrut boyu əsas şəhərlərdə ekspertlər, birliklər və bələdiyyə nümayəndələri ilə görüşlər keçiriləcək.
Qeyd edək ki, velosipedçilərin yürüşü ilə bağlı tədbir iyunun 15-də Parisdə keçiriləcək.
- Azərbaycan kapoeyraçılarından Münhendə üç medal
- Azərbaycanda keçiriləcək yarışın tanıtım videosu beynəlxalq telekanallarda nümayiş olunur
- Velosipedçimiz Özbəkistanda 4-cü olub
- Təhminə Tağı-zadə Lozannada keçirilən qlobal antidopinq forumunda Azərbaycanı təmsil edib
- Azərbaycan və Türkiyə gənclər və idman sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib