25-26 iyul tarixlərində Qazax şəhərində velosiped idmanı üzrə Federasiya Kuboku yarışı təşkil olunacaq.
Apasport.az xəbər verir ki, yarış Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 2026-cı il üçün təsdiqlənmiş idman təqvim planına uyğun olaraq keçiriləcək.
Qazax şəhərinin mərkəzi küçələrində baş tutacaq yarışda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən velosiped bölmələrinin idmançıları fərdi və qrup ötüşmələrində qüvvələrini sınayacaqlar.
İki günlük proqram çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarış təşkil ediləcək.
Yarışın əsas məqsədi uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, velosiped idmanına marağın artırılması və bu idman növünə yeni istedadların cəlb edilməsidir.
- Azərbaycan qolfçuları Parisdən 2 medalla qayıdıblar
- Rusiya Olimpiya Komitəsinin hüquqları bərpa olundu - Rəsmi açıqlama
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb