"Azarkeşlərə üç raunddan ibarət şou göstərmək istəyirəm".
Apasport.az xəbər verir ki, bunu çilili MMA döyüşçüsü İqnasio Bahamondes Bakıda keçiriləcək Mütləq Döyüş Çempionatından (UFC) öncə baş tutan mətbuat konfransında deyib.
Azərbaycanlı idmançı Rafael Fiziyevin rəqibi yarışa hazır olduğunu bildirib:
"Fizievin qarşılaşmalarına baxmışam. Bizi baxımlı döyüş gözləyir. Onunla qarşılaşacağım üçün şadam. Döyüşün ayaq üstə keçəcəyini gözləyirəm. Güləşmək mənim üçün problem deyil. Məncə, Fiziyevdən daha yaxşıyam. Azarkeşlərə üç raunddan ibarət şou göstərmək istəyirəm".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.
- Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
- İan Qerri: “Karyeramın ən yaxşı döyüşünü keçirdim”
- İslam Maxaçev titulunu qorudu – UFC-də 17-ci ardıcıl qələbə
- Kikboksinq üzrə Azərbaycan çempionu olan 17 yaşlı qız Kürdə batıb
- Tofiq Musayevdən UFC-də ikinci qələbə - YENİLƏNİB