Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə “Enactus Dünya Kuboku Simulyasiyası 2024” adlı düşərgə keçirilib.
Apasport.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində təşkil olunan düşərgə çərçivəsində gənclər və idman nazirinin müavini İndira Hacıyeva iştirakçılarla görüşüb.
Düşərgə müddətində peşəkar təlimçilər tərəfindən “Komanda quruculuğu”, “Lean startap metadologiyası: data əsaslı qərarvermə”, “Pitch desk: strukturu və edilən yanlışlıqlar”, “Təqdimat bacarıqları”, “Sahibkarlıq və biznes sahəsində iş prinsipləri” mövzularında təlim sessiyası, “Enactus Dünya Kuboku”nun yarımfinal və final simulyasiyası, şəbəkələşmə oyunları və şəhər turu təşkil edilib.
İştirakçılar arasında keçirilən “Enactus Dünya Kuboku”nun yarımfinal və final simulyasiyasında Bakı Ali Neft Məktəbi birinci olub. Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universitetinin "Enactus" komandası müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
- Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək
- Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
- Azərbaycanlı idmançı Avropa çempionu oldu - Rumıniyada qızıl medal
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Antonelli Monako Qran-prisini lider tamamlayıb