Atıcılıq üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin də təmsil olunduğu səngər stendində (trap) təsnifat mərhələsi başa çatıb.
Qətərin paytaxtı Dohadakı turnirdə yığmamızın 6 snayperi final mərhələsinə vəsiqələr üçün mübarizə aparıb. Onlardan heç biri həlledici raunda yüksələ bilməyib.
Kişilərin yarışında 140 iştirakçı dəqiqliyini yoxlayıb. Əli Hüseynli 116 xalla 57-ci, Sabir Mehdizadə 112 xalla 110-cu, Əlimirzə Quliyev 109 xalla 123-cü olub.
Qadınların mübarizəsində 79 snayper iştirak edib. Ülviyyə Eyvazova 110 xalla 42-ci, Aydan Camalova 104 xalla 62-ci, Rəna Ələskərova 88 xalla 77-ci olub.
Qeyd edək ki, Dohadakı turnir millimizin təmsil olunmadığı skitdə davam etdiriləcək.
- Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək
- Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
- Azərbaycanlı idmançı Avropa çempionu oldu - Rumıniyada qızıl medal
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Antonelli Monako Qran-prisini lider tamamlayıb