Azərbaycan təmsilçisi Abbas Hüseynov Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmə və gənclərin qılıncoynatma üzrə Avropa birinciliyində çıxışını başa vurub.
Apasport.az xəbər verir ki, o, yeniyetmə sablyaçıların şəxsi yarışında 12-ci yerə çıxıb.
Qrup mərhələsini 5 qələbə ilə başa vuran A.Hüseynov bu nəticə sayəsində ən güclü 32-liyə yüksəlib. Bu mərhələdə rumın rəqibini mübarizədən kənarlaşdıran sablyaçımız ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada İtaliya təmsilçisinə məğlub olub.
Qız şpaqaçıların şəxsi yarışında Nəzrin Mehdiyeva, Xatun Bayramova və Mirnuray Abasova qrup mərhələsini uğurla adlasa da, ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar.
- Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
- İan Qerri: “Karyeramın ən yaxşı döyüşünü keçirdim”
- İslam Maxaçev titulunu qorudu – UFC-də 17-ci ardıcıl qələbə
- Kikboksinq üzrə Azərbaycan çempionu olan 17 yaşlı qız Kürdə batıb
- Tofiq Musayevdən UFC-də ikinci qələbə - YENİLƏNİB