Təmsilçimiz İspaniya turnirinə yollanacaq
17.03.2026 - 14:33
Təmsilçimiz İspaniya turnirinə yollanacaq

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçiriləcək beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Milli Paralimpiya Komitəsi açıqlayıb.

Martın 16-dan 22-dək təşkil olunacaq mötəbər yarışda idmançı həm fərdi, həm də qoşa kateqoriyada qüvvəsini sınayacaq. İbrahim Əliyev turnirə baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında qatılacaq.

Qeyd edək ki, bu turnir 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.