UFC Bakıda keçirilə bilər
21.03.2025 - 09:14

Azərbaycanda ilk dəfə UFC döyüşləri üzrə yarış keçirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ariel Helvani sosial şəbəkədə paylaşım edib.
O, paylaşımında UFC-də çıxış edən azərbaycanlı boksçu Rafael Fiziyevi qeyd edərək yazıb: "UFC Azərbaycandan debüt yarışının keçirilməsi istiqamətində danışıqları yekunlaşdırmağa çox yaxındır".
Qeyd edək ki, turnirin paytaxtımızda iyunun 21-də təşkili gözlənilir.
0
0