Avropa Olimpiya Komitəsinin Rusiya və Belarusla bağlı qərarı dəyişmədi
16.05.2023 - 22:40
Rusiya və Belarus idmançıları Avropa Oyunlarına buraxılmayacaq.
Apasport.az saytı xəbər verir ki, Avropa Olimpiya Komitəsi bu barədə qərarı növbəti dəfə təsdiq edib.
Avropa Oyunları Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarına təsnifat xarakteri daşıyır. Rusiya və Belarus idmançıların turnirə buraxılmaması Olimpiadada onların ən azı 1 növdə təmsil olunmayacaqları ilə nəticələnəcək.
Qeyd edək ki, Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək Polşanın Krakov şəhərində təşkil ediləcək.
- Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna yekun vurulub - FOTO
- Xizək Alpinizmi üzrə Avropa Çempionatının üçüncü gününə yekun vurulub - FOTO
- Xizək Alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərəsimi keçirilib - FOTO
- Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanıb
- Qış Olimpiya Oyunlarına yekun vurulub
0
0