Bürüncə 220 min avro mükafat
31.05.2023 - 23:25
Hokkey üzrə dünya çempionatının bürünc mükafatçısı Latviya yığmasının uğuru dəyərləndirilib.
Apasport.az saytı xəbər verir ki, Latviya hökuməti bunun üçün yerli federasiyaya 576 min avro ayırıb.
Ayrılan məbləğin 220 min avrosu yığma üzvləri və məşqçi heyəti arasında bölüşdürüləcək. Digər 356 min avro isə federasiya tərəfindən hokkeyin inkişafına xərclənəcək.
Qeyd edək ki, Latviya yığması tarixində ilk dəfə dünya çempionatı mükafatını qazanıb. Komanda 3-cü yer uğrunda görüşdə ABŞ-a qalib gəlib (4:3).
- Qış Olimpiya Oyunlarının məşəli yandırılıb
- İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
- Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
- İslam Oyunları: İdmançılarımız 3 növdə mübarizə aparacaqlar
- İslamiadanın azərbaycanlı rəsmisi: "Mənə deyirlər ki, yenə sizinkilər... "
0
0