“Formula-1” piloti Maks Ferstappen qarşıdakı Qətər Qran-Prisi üçüncü çempionluğunu rəsmiləşdirə bilər.
Apasport.az saytı xəbər verir ki, “Red Bull” sürücü şənbə günü bu uğuru imza atmaq arzusundadır.
Ferstappen bu barədə “Red Bull”un rəsmi saytına danışıb. Niderlandlı pilot sprint yarışında məqsədinə çatmaq istəyini bildirib: “Qətərə Mühəndislər Kubokunun qalibi kimi getmək çox xoşdur. Bu trassda sürmək həmişə maraqlıdır. Amma havanın isti olmasını nəzərə alsaq, bütün pilotlar üçün çətin olacaq. Həftəsonu həm də sprint yarışı keçiriləcək. Əsas məqsədimiz şənbə günü keçiriləcək sprintdə çempionluq qazanmaqdır”.
Qeyd edək ki, hesabında 400 xal olan Maks üç xal qazanacağı təqdirdə, üçüncü dəfə dünya çempionu olacaq.
- Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna yekun vurulub - FOTO
- Xizək Alpinizmi üzrə Avropa Çempionatının üçüncü gününə yekun vurulub - FOTO
- Xizək Alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərəsimi keçirilib - FOTO
- Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanıb
- Qış Olimpiya Oyunlarına yekun vurulub