Tennis üzrə iki əfsanə Paris Yay Olimpiya Oyunlarında üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, ilk raundda Marton Fuçsoviçi 2:1 hesabı ilə məğlub edən Rafael Nadal ikinci mərhələdə Novak Cokoviçin rəqibi olub.
Tennis tarixində ən çox Böyük Dəbilqə çempionluğuna sahib iki ad Paris-2024-də qarşı-qarşıya gələcək.
Ümumilikdə, 59 dəfə üz-üzə gələn Nadal-Cokoviç rəqabətində Novak Cokoviç 30:29 üstünlüyə malikdir. Paris-2024-ün keçirildiyi torpaq kortda Rafael Nadal rəqibinə qarşı keçirdiyi 28 matçdan 20-də qalib gəlib.
Cütlük sonuncu dəfə 2022-ci il Fransa Açıq Çempionatının 1/4 finalında qarşılaşıb və Rafael Nadal rəqibini 3:2 hesabı ilə məğlub edib.
Rafael Nadal 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Qeyd edək ki, bu, cütlük arasında keçiriləcək sonuncu qarşılaşma ola bilər.
- “Formula 1” Qatar Airways Azərbaycan Qran-prisi 2024-ün kuboku “Odlar Yurdu”na həsr edilib
- “Formula 1”: Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb
- "Formula 2"nin qalibi mükafatlandırılıb
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
- "Formula 2" yarışının qalibi bəlli oldu