Parisdə növbəti qalmaqal: Təşkilatçılar bayraqları səhv salıblar
10.08.2024 - 11:51
Paris-2024-də növbəti biabırçılıq yaşanıb.
Apasport.az xəbər verir ki, qalmaqal 92 kq çəkidə mübarizə aparan kişi boksçuların mükafatlandırması zamanı baş verib.
Təşkilatçılar növbəti xətaya yol veriblər. Mükafatlandırmada təmsilçimiz gümüş, özbəkistanlı Lazizbek Mullajonov qızıl, ispaniyalı Enmanuel Reyes Pla və tacikistanlı Davlat Boltayev bürünc alıb.
Mükafatlandırma zamanı isə zalda Özbəkistan, Azərbaycan, İspaniya və Tailand bayraqları qaldırılıb. Təşkilatçılar Asiya ölkələri Tacikistanla Tailandı səhv salıblar.
Qeyd edək ki, Alfonso bu çəkidə gümüş medalın sahibi olub.
- İtaliya Qran-prisi rekordlarla yadda qaldı, Azərbaycan Qran-prisi yaxınlaşır
- İdmançılarımız Türkdilli Dövlətlərin III Universiadasını 9 medalla başa vurublar - FOTO
- Piastri liderliyi qoruyur, Norris podiumdan kənarda
- Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib - FOTO
- Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan bayrağını daşıyacaq idmançılar bəlli olub
0
0