Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında idmançılara təqdim olunan medallarda baş verən qüsurların sayı artmaqdadır.
Apasport.az xəbər verir ki, oyunların Təşkilat Komitəsinin əməliyyatlar üzrə rəhbəri Luka Kassanın sözlərinə görə, qüsurlu və ya qırılmış bütün medallar təmir ediləcək və ya dəyişdiriləcək.
"Bir sıra medallar qüsurlu olub. Təşkilat Komitəsi dərhal bu məsələni medal istehsalına cavabdeh olan İtaliya Zərbxanası ilə birlikdə həll edəcək. Medalları ilə bağlı problemi olan idmançılar mükafatlarını Təşkilat Komitəsinə qaytara bilərlər. Onlar təmir ediləcək və ya dəyişdiriləcək", - deyə Sportitalia Kassasanın sözlərindən sitat gətirib.
Xatırladaq ki, olimpiadanın ilk həftəsində isveçli Ebba Anderssonun medalı, amerikalı idmançılar Brizi Conson və Alyssa Lyu, eləcə də almaniyalı Justus Streonun medal lentləri qırılıb.
- Xizək Alpinizmi üzrə Avropa Çempionatının üçüncü gününə yekun vurulub - FOTO
- Xizək Alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərəsimi keçirilib - FOTO
- Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanıb
- Qış Olimpiya Oyunlarına yekun vurulub
- Bu gün XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək