Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu olub
16.11.2025 - 15:58
Gəncə şəhərində keçirilən Aerobika gimnastikası üzrə Avropa çempionatının final mərhələsi başa çatıb.
Apasport.az xəbər verir ki, milli komandamızın üzvləri - qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.600 xalla rəqiblərini geridə qoyaraq I yerin sahibi olub.
Qeyd edək ki, yarışda 18 ölkədən 151 idmançı iştirak edir.
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
- Azərbaycan komandası Avropa festivalında qızıl medal qazanıb
- Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
- Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
- Gimnastlarımızdan Dünya kubokunda qızıl medal
0
0