Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb.
Apasport.az xəbər verir ki, iki gün davam edən yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” İdman Klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən ümumilikdə 71 idmançı medallar uğrunda mübarizə aparıb.
Gimnastlar balans, temp və qarışıq hərəkətlər proqramında qüvvəsini sınayıblar.
Çempionatın sonunda balacalar (2009-2018-ci il), uşaqlar (2008-2013-cü il), yeniyetmələr (2006-2012-ci il), gənclər (2005-2010-cu il) və böyüklər (2009-cu il və daha böyük) yaş kateqoriyalarında qalib gələn idmançılara medal və diplomlar təqdim edilib.
- Gimnastlarımızdan beynəlxalq turnirdə 4 medal
- Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
- Tofiq Əliyevdən Böyük Britaniyada iki qızıl medal
- Azərbaycan gimnastları İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
- Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq