Bakıda bədii gimnastika üzrə mötəbər beynəlxalq yarışa – Dünya Kubokuna start verilib.
Apasport.az xəbər verir ki, turnirdə dünyanın 39 ölkəsindən gələn gimnastlar medallar uğrunda güclərini sınayacaqlar.
İdmançılar həm çoxnövçülük, həm də müxtəlif alətlər üzrə proqramlarda çıxış edərək bacarıqlarını nümayiş etdirəcəklər.
Azərbaycanı fərqi proqramda çıxış edən Kamilla Seyidzadə ilə Zöhrə Cəfərova və qrup hərəkətləri komandası təmsil edir.
Ənənəyə uyğğun olaraq bu turnirdə də ən yüksək icra xalı toplayan fərdi gimnast və qrup komandası xüsusi “AGF Trophy” kuboku ilə təltif ediləcək.
Qeyd edək ki, yarışlara aprelin 20-də yekun vurulacaq.
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
- Azərbaycan komandası Avropa festivalında qızıl medal qazanıb
- Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
- Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
- Gimnastlarımızdan Dünya kubokunda qızıl medal