Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışda 41 ölkəni təmsil edən 116 idmançı iştirak edir.
Turnirdə gimnastika növünün ən zərif nümayəndələri fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük proqramında mübarizə aparırlar.
Azərbaycanı yarışda fərdi proqramda Zöhrə Ağamirova, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda təmsil edir.
Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə keçirilən 10-cu Dünya Kubokudur. Turnirə aprelin 21-də yekun vurulacaq.
- Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
- Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb
- Gimnastlarımız Avropa çempionatında iştirak edib
- Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib
- Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək