Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilir
06.03.2025 - 11:17
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilir

Bu gün Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start veriləcək.

Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 19 ölkədən gimnastlar medal qazanmaq uğrunda mübarizə aparacaqlar.

Yarışda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edəcəklər.

Dörd günlük yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Qeyd edək ki, Dünya Kubokuna martın 9-da yekun vurulacaq.