Bakıda keçirilən Dünya Kubokunda üçüncü yarış günü başa çatıb
07.03.2026 - 18:26
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda üçüncü yarış günü başa çatıb.
Apasport.az xəbər verir ki, finalın ilk günündə gimnastlarımız Nikita Simonov və Dəniz Əliyeva mübarizə aparıblar.
Onlar ilk üçlükdə yer ala bilməyiblər. Nikita Simonov halqalar proqramında 4-cü, Dəniz Əliyeva isə dayaqlı tullanmada 6-cı pillədə qərarlaşıb.
Sabah isə yarışın sonuncu – ikinci final günü keçiriləcək. Həmin gündə gimnastımız Aydın Əlizadə mübarizə aparacaq.
Qeyd edək ki, yarış martın 8-də yekunlaşacaq.
- Gimnastlarımızdan beynəlxalq turnirdə 4 medal
- Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
- Tofiq Əliyevdən Böyük Britaniyada iki qızıl medal
- Azərbaycan gimnastları İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
- Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
0
0