Daha bir gimnastımız Dünya Kubokunun finalında - FOTO
06.03.2026 - 20:54
İdman gimnastikası üzrə Dünya Kubokunun ikinci günü yekunlaşıb.
Apasport.az xəbər verir ki, ikinci günün nəticələrinə əsasən Aydın Əlizadə final mərhələsinə yüksəlməyi bacarıb.
Yarışda Azərbaycanı kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edir.
Qeyd edək ki, final mərhələsində ölkəmizi Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə təmsil edəcək. 30-dan çox ölkənin iştirak etdiyi Dünya Kuboku 4 gün ərzində Milli Gimnastika Arenasında davam edəcək.
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
- Azərbaycan komandası Avropa festivalında qızıl medal qazanıb
- Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
- Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
- Gimnastlarımızdan Dünya kubokunda qızıl medal
0
0