Gələn il Bakıdan da keçəcək akrobatika üzrə Dünya kuboku seriyası beş mərhələdən ibarət olacaq.
Apasport.az xəbər verir ki, iyunun 13-15-də Milli Gimnastika Arenasında reytinq yarışı keçiriləcək.
Mövsüm Purs-Sind-Amansda (Belçika, 6-8 mart) açılacaq, Dünya kubokunun ikinci mərhələsi Burqasda (30 may - 1 iyun) təşkil olunacaq, bundan sonra növbə Bakıya çatacaq.
Daha sonra seriya Aalendə (Almaniya, 19-21 iyun), final mərhələsi isə Rjeşofda (Polşa, 27-29 iyun) keçiriləcək.
Qeyd edək ki, akrobatika üzrə Dünya kuboku artıq 2018-ci ildə Bakıda keçirilib və iki il əvvəl paytaxtımız bu növ üzrə dünya çempionatı, eləcə də yaş qrupları üzrə Dünya yarışları keçirilib.