Dünya Oyunlarında uğurlu çıxış edən gimnastlarımız Vətənə qayıdıblar - VİDEO
12.08.2025 - 11:04
Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında uğurla çıxış edən akrobatika gimnastikası üzrə kişi cütlüyümüz – Murad Rəfiyev və Daniel Abbasov, eləcə də tamblinq üzrə təmsilçimiz Tofiq Əliyev gümüş medalla Vətənə dönüblər.
Apasport.az xəbər verir ki, gimnastlarımız hava limanında federasiya nümayəndələri, gənc gimnastlar və ailə üzvləri tərəfindən qarşılanıblar.
Qeyd edək ki, yarışda Tofiq Əliyev tamblinq növündə ilk dəfə çətin element olan havada üçlü salto və üçlü vint hərəkətini uğurla icra edib.
- Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib
- Bədii gimnastika üzrə Bakı çempionatı start götürüb
- Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu olub
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib
0
0