Gimnastika məşqçilərimiz üçün seminar keçiriləcək
23.08.2024 - 16:20
Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin prezidenti Noha Abu Şabaha Azərbaycanda səfərdədir.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti yayıb.
Qonaq ölkəmizdə səfərdə olduğu müddətdə bilik və təcrübəsini yerli mütəxəssislərlə bölüşəcək. O, yerli peşəkar məşqçilər üçün milli mütəxəssislər üçün məşqçilik və hakimlik üzrə seminar təşkil edəcək.
Qeyd edək ki, seminar avqustun 30 və 31-də saat 15:00-da Milli Gimnastika Arenasında baş tutacaq,
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək
- Bakıda keçirilən "Winter Fairytale" beynəlxalq turniri başa çatıb - FOTO
- Tofiq Əliyev yenidən beynəlxalq gimnastika liqasının qalibi olub - VİDEO
- Gimnastların Bakı birinciliyi başa çatıb
0
0