Gimnastımız Avropa çempionatında gümüş medal qazanıb
26.04.2024 - 22:33
Azərbaycan idman gimnastı Nikita Simonov Avropa çempionatında fəxri kürsüdə yer alıb.
Apasport.az xəbər verir ki, o, İtaliyanın Rimini şəhərində 36-cı dəfə təşkil olunan turnirdə gümüş medal qazandırıb.
Halqalarda çıxış edən Nikita 14,900 bal toplayıb. Bu nəticə Simonova karyerasında ilk Avropa medalı qazandırıb. Yunan Elefteruos Petrunas 1-ci, türkiyəli Adil Asil 3-cü yeri tutub.
Qeyd edək ki, Avropa çempionatında aprelin 28-də yekun vurulacaq.
- Gimnastlarımızdan beynəlxalq turnirdə 4 medal
- Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
- Tofiq Əliyevdən Böyük Britaniyada iki qızıl medal
- Azərbaycan gimnastları İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
- Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
1
0